Xəzər Xəbər

Burkina Fasoda kilsəyə hücum: 14 ölü

Dünya | 11:26 • 2 Dekabr 2019
Burkina Fasoda kilsəyə hücum: 14 ölü

Burkina Fasoda protestant kilsəsinə naməlum şəxlərin hücumu nəticəsində ən azı 14 nəfər ölüb.

Bu barədə "Infowacat" yerli portalı regional təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.

Bildirilib ki, bir qrup silahlı şəxs Futuri kommunasında yerləşən kilsəyə girib atəş açıb.

Bundan əlavə, naməlum şəxslər kilsənin yerləşdiyi ərazidə müdafiə qüvvələrinin mövqelərinə hücum edərək üç əsgəri öldürüblər./teleqraf

Xəbər lenti