Xəzər Xəbər

Trampa PİS XƏBƏR: dekabrın 2-də...

Dünya | 10:09 • 2 Dekabr 2019
Trampa PİS XƏBƏR:

ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi prezident Donald Trampın impiçmentinə dair yekun sənədi dekabrın 2-də təqdim edəcək.

XəzərXəbər xəbər verir ki,komitə üzvləri 24 saat ərzində sənədi analiz etdikdən sonra ictimaiyyətə açıqlayacaq.

Sənəd dekabrın 4-də Ədliyyə komitəsinə göndəriləcək. ABŞ mediası Trampın impiçmentinin dekabr ayı ərzində Nümayəndələr Palatasının ümumi iclasında açıqlanmasını ehtimal edir.

ABŞ qanunlarına görə, əlaqəli komitələrin hazırlayacağı hesabatlar Ədliyyə Komitəsində qəbul edilsə, Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. Burada səsvermədən keçsə, Senata gedəcək və prezidentin məhkəməsi başlayacaq.

Xatırladaq ki, Donald Trampın 2020-ci il prezident seçkilərindəki rəqibi Co Baydenin oğlunun keçmişinin araşdırılması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərdiyi iddia edilir. Vəzifəsindən sui-istifadədə ittiham olunan Tramp demokratların bu iddialarını rədd edir.

Xəbər lenti

Çox oxunanlar