Xəzər Xəbər

ŞOK: Mafiya lideri polis idarəsinin yanında pizza ustası işləyirmiş

Dünya | 15:16 • 1 Dekabr 2019
ŞOK:

Narkotik qaçaqmalçılığı səbəbindən İnterpol vasitəsilə axtarışda olan İtaliya mafiyasının lideri Alfredo Mnin uzun illərdir kpolis idarəsinin yaxınlığındakı restoranda pizza ustası işlədiyi ortaya çıxıb.

Cinayətkar Hollandiyanın Lahey şəhər polis idarəsinin yaxınlığındakı restoranda çalışdığı müəyyən edilib.

Ölkəsinə ekstradisiya edilən mafiya liderini 30 illik həbs gözləyir.

57 yaşlı mafiya liderinin işlədiyi restoranda müştərilərinin çoxu polis olub.

Qeyd edək ki, Alfredo 2016-cı ildə Lahey şəhərində həyata keçirilən və 15 nəfərin həbsinə səbəb olan əməliyyatdan canını xilas edən yeganə şəxs olub.

Lahey polisi bildirib ki, mafiya lideri pizza işində usta olaraq şəhərdə böyük populyarlıq qazanıb. Hətta onun həbsindən sonra yüzlərlə şəhər sakini pizza ustasının həbs edilməsinə etiraz olaraq polisə şikayət edib.

Polis əlavə edib ki, Alfredo pizza işində olduğu kimi narkotik məsələsində də usta olub./teleqraf

Xəbər lenti