Xəzər Xəbər

Rusiya nəhəngi açıqladı: Son 19 ildə...

Dünya | 16:44 • 26 Noyabr 2019
Rusiya nəhəngi açıqladı: Son 19 ildə...

"Rosoboroneksport” son 19 ildə 165 milyard dollarlıq silah ixrac edib.

Bunu "RİA Novosti”yə müsahibəsində korporasiyanın baş direktoru Aleksandr Mixeyev deyib. O, ümumilikdə bu dövr ərzində imzalanan silah müqavilələrinin həcminin 230 milyard dollar olduğunu bildirib.

Mixeyev həmçinin Rusiyanın silah ixracatında durğunluq olmasıyla əlaqədar irəli sürülən iddiaları qəbul etmədiyini söyləyib. O, rəhbərlik etdiyi müəssisənin hər il 13 milyard dollarlıq silah satdığını bəyan edib./axar.az

Xəbər lenti