Xəzər Xəbər

İlin ən qalmaqallı məhkəməsində növbəti “raund” FOTO

Dünya | 15:34 • 22 Noyabr 2019
İlin ən qalmaqallı məhkəməsində növbəti “raund”

Yazın əvvəlindən bəri bütün dünya İordaniya kralı II Abdullahın bacısı Şahzadə Həyyanın Dubay əmiri və BƏƏ-nin Baş naziri Məhəmmədlə boşanmasının nəticəsini gözləyir. Həyya artıq London Yüksək Məhkəməsində bir neçə məhkəmə iclasına qatılıb, əri isə bunlara məhəl qoymayıb.

Ötən gün də Məhəmməd eyni davranış taktikasını seçib. Belə ki, o, yenə Həyyanın vəkili Fiona Şaklton ilə gəldiyi daha bir məhkəmə iclasını qaçırıb.

Bildirilir ki, Həyya öz uşaqlarını - 12 yaşlı qızı Cəlilə və yeddiyaşlı oğlu Zayedi qorumaq uğrunda mübarizə aparır və bu dəfə də uşaqlarına qarşı təcavüz, kobudluğunqadağan olunması üçün məhkəmədə vəsatət qaldırıb.

Tələb təmin olunarsa, məhkəmə Cəlilə və Zayedə onları məcburi evlənməvə xaricə çıxarılmadan qoruyacaq əmrlər verəcək. Bu vəziyyətdə Şeyx Məhəmmədin hərəkətləri ciddi şəkildə məhdudlaşdırılacaq, çünki əmri yerinə yetirmədiyi üçün Məhəmməd yeddiilə qədər həbsxanaya göndərilə bilər.

Əvvəllər Məhəmmədin məhkəmədən hesabat verməyə məhdudiyyət qoyulmasını istəməsinə dair sübutlar var idi, lakin ötən gün bu tələb məhkəmə tərəfindən rədd edilib. Bu məsələlərlə bağlı son qərarlar gələn həftənin sonuna qədər elan ediləcək.

Qeyd edək ki, bu ilin yazında şahzadə Həyya oğlu və qızı ilə birlikdə ərindən - Dubay əmiri Məhəmməddən qaçıb. 30 və 31 iyul tarixlərində London Məhkəməsində iki məhkəmə iclası keçirilsə də, Məhəmmədiclaslara qatılmayıb.

oxu.az

Xəbər lenti