Xəzər Xəbər

Rusiyada yanğında iki uşaq, bir kişi ölüb

Dünya | 10:09 • 20 Noyabr 2019
Rusiyada yanğında iki uşaq, bir kişi ölüb

Rusiyanın Krasnoyarsk diyarının Yermakovsk rayonunda yaşayış binasında yanğın faciə ilə nəticələnib.

Xezerxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində iki uşaq və bir kişi ölüb.

Yanğın birmərtəbəli, iki mənzilli binada baş verib. İkinci mənzilin sakinləri yanğından xilas olublar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını 3 saat söndürə biliblər.

İlkin ehtimala görə, yanğına elektrik naqillərinin qısaqapanması səbəb olub.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti