Xəzər Xəbər

Malidə silahlıların hücumu nəticəsində 24 əsgər öldürülüb

Dünya | 17:44 • 19 Noyabr 2019
Malidə silahlıların hücumu nəticəsində 24 əsgər öldürülüb

Malinin şərqində silahlıların hücumu nəticəsində azı 24 hərbçi həlak olub.


Xezerxeber.az xəbər verir ki, BBC agentliyinin yaydığı məlumata görə, Mali və Niger ordusunun silahlıların hücumuna cavab olaraq həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı daha 29 əsgər yaralanıb.


Həmçinin döyüşlər nəticəsində 17 silahlının öldürüldüyü, 100-nün tutulduğu bildirilir.


Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib. Qeyd edək ki, bir müddət öncə silahlıların digər hücumu nəticəsində 54 hərbçi həlak olmuşdu.


BMT-nin məlumatına görə, cari ilin yanvar ayından bəri Malidə silahlı münaqişələr 1500-dən çox dinc sakinin həyatına son qoyub, milyonlarla insanın isə humanitar yardıma ehtiyacı var.


Hazırda Malidə BMT-nin 15 min nəfərlik sülhməramlı missiyası fəaliyyət göstərir.

Xəbər lenti