Xəzər Xəbər

Dünya brendləri KFC-də evlilik təklifi edən cütlüyü hədiyyə yağışına tutdu

Dünya | 17:25 • 17 Noyabr 2019
Dünya brendləri KFC-də evlilik təklifi edən cütlüyü hədiyyə yağışına tutdu

Cənubi Afrikanın Vaal şəhərində bir kişi KFC restoranında sevgilisinin qarşısında diz çökərək ona evlilik təklifi edib. Qadın sevgilisinə "bəli” deyərək göz yaşları içində gülümsəyib. Onları izləyənlərin alqışları altındacütlük sevincini bölüşüb.

Kənardan bir jurnalist tərəfindən lentə alınan həmin anlar isə sosial mediaya yayılar-yayılmaz saysız-hesabsız müzakirələrə yol açıb.

"Əsl sevgi pula, mala əhəmiyyət vermir, bu ürəkdən gələn bir şeydir. Birini həqiqətən sevdiyiniz zaman yeməyin harada olacağına, nə qədər pul qazandığınıza, təhsilinizin nə olduğuna əhəmiyyət vermirsiniz. Sevgi bunlardan xaricdir, bunu bank hesabınızda, pul kisənizdə və ya lüks yerlərinizdə axtara bilməzsiniz. Ancaq bu, hər kəs üçün belə deyil, bu yaxınlarda KFC restoranında evlilik təklifi edən və bu xoşbəxt anı video və sosial mediada paylaşan adam sevginin nə olduğunu bilməyənlər tərəfindən təcavüz və təhqir edilib. Xoşbəxtlikdən, əsl sevginin nə demək olduğunu bilən insanlar hələ də var”kimi şərhlər paylaşılan görüntüyə izləyicilər tərəfindən müxtəlif reaksiyalar gəlib.

Daha sonra isə sosial şəbəkə istifadəçiləri həmin cütlüyün axtarışına başlayıb. Anele adlı "Tvitter” istifadəçisi öz mesajında "Cənubi Afrikadan olan adam o qədər yoxsuldur ki, KFC-də evliliktəklif edir. Əlbəttə, bu doğru və düzgün hərəkət deyil. Axı hansı kişi öz qadınına "KFC” kimi bir yerdə evlilik təklifi edər?” yazır.

Bu tvit izləyicilər tərəfindən sərt reaksiyalarla qarşılanıb. İnsanlar bir kişinin evlənmək təklifinin bu cür alçaldılmasının utancverici və yolverilməz olduğunu bildiriblər. Reaksiyaların təsiri iləAnelenin tviti silinib, hesabı isə bağlanılıb.

Sonra təklifin edildiyi "KFC” restoranı videonu çəkən şəxsdən bu cütlüyün tapılmasını istəyib. "KFC” tvitində bunları yazıb:

"Zəhmət olmasa, bu gözəl cütlüyü tapmaqda bizə kömək et və biz də onlara kömək etməkdən məmnunluq duyacağıq. Şəxsi mesaj bölümündə hər hansı bir ipucu göndərsəniz, sizin üçün də sürprizimiz ola bilər. Xahiş edirik,bizə kömək edin. Biz bu eşqə aşiqolduq”.

Nəticədə cütlük tapılıb və dünyaca məşhur böyük beynəlxalq firmalar və brendlər onlara kömək etmək üçün sıraya düzülub :

"PUMA”, "Huawei”, "McDonald's”, "Uber” və "Audi” kimi böyük şirkətlər cütlüyə kömək etmək istəklərini bildiriblər.

"PUMA” cütlüyə 700 dollar məbləğində hədiyyə çeki verib.

"Huawei” cütlüyə ən yeni iki "ağıllı telefon” hədiyyə göndərib.

"McDonald” cütlüyə bütün xərclərini ödəyərək, onları şəxsi hesabına Keyptaun turuna çıxmağı təklif edib.

"Uber”, bal ayı ərzində bütün gəzintilərinin hamısını öz öhdəsinə götürüb.

Bununla birlikdə "Standard Bank” cütlüyə ən böyük hədiyyə verib, cütlüyün 20 min dollarlıq borcu hesablarından silinib.

Bundan əlavə, bir neçə mağaza 1300 dollar dəyərində çeklə onları sevindirib.

Üstəlik, "Emirald” şirkəti cütlüyə toy hədiyyəsi kimi iki bahalı üzük hədiyyə edib.

Bununla yanaşı, toy öncəsi "Spa” xidmətlərindən tutmuş, evlərindəki mebellərə qədər şirkətlər onlara hədiyyələr göndərib. Nəticədə İnternetin gücü bir daha ortaya çıxıb və əsl sevgi öz dəyərini alıb./oxu.az

Xəbər lenti