Xəzər Xəbər

Ukraynada İŞİD-in əsas rəhbərlərindən biri həbs edilib

Dünya | 19:34 • 15 Noyabr 2019
Ukraynada İŞİD-in əsas rəhbərlərindən biri həbs edilib

Ukraynanın Kiyev vilayətində İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri həbs edilib.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.


Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı İŞİD terror təşkilatının əsas rəhbərlərindən biri olan Əl Bara Şişani adlı Gürcüstan vətəndaşı həbs edilib.

Xəbər lenti