Xəzər Xəbər

“Ağ Evin şərti budur ki….” Ərdoğan-Tramp görüşündən əvvəl sürpriz gəlişmə

Dünya | 11:06 • 13 Noyabr 2019
“Ağ Evin şərti budur ki….”

"ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlığı dayandırmaq niyyəti yoxdur”.

Bu barədə "Röyters” Ağ Evdəki diplomartik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin iddiasına görə, Türkiyənin Rusiyadan "S-400” hava hücumundan müdafiə sistemləri alması ətrafında yaranmış problem həll ediləndən sonra SDQ-yə verilən dəstək kəsilə bilər.

Bu gün Vaşinqtonda ABŞ və Türkiyə prezidentləri bu və digər məsələlər ətrafında müzakirə aparacaq./teleqraf

Xəbər lenti