Xəzər Xəbər

Əsədin qohumları Moskvada obyektlər alır: 40 milyon dollar...

Dünya | 18:12 • 11 Noyabr 2019
Əsədin qohumları Moskvada obyektlər alır:

Suriya Prezidenti Bəşər Əsədin ailə üzvləri müxtəlif illərdə Moskvada 19 elit daşınmaz əmlak obyekti alıblar.

Bu məlumatı "Faynənşıl Tayms” yayıb.

Əsəd ailəsinin daşınmaz əmlakının 40 milyon dollar olduğu vurğulanıb. Əmlakın 2013-2019-cu illər arasında əldə edildiyi qeyd edilib. Obyektlərdən 13-nün Bəşər Əsədin yaxın qohumu Hafiz Mahluf və onun nəzarətindəki şirkətlər tərəfindən əldə edildiyi bildirilib. Daha iki obyektə isə Əsədin digər qohumunun həyat yoldaşının sahib olduğu söylənilib./axar.az

Xəbər lenti