Xəzər Xəbər

İran BMT-nin hesabatını kəskin tənqid edib

Dünya | 14:05 • 8 Noyabr 2019
İran BMT-nin hesabatını kəskin tənqid edib

İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Məhəmməd Cavad Laricani BMT-nin insan hüquqları ilə bağlı illik hesabatını kəskin tənqid edib.


M.C.Laricani BMT-nin insan hüquqları üzrə komissarının hazırladığı hesabatın siyasi xarakter daşıdığını və həqiqətlə heç bir əlaqəsinin olmadığını bəyan edib.


O bildirib ki, İranda prezident və parlament seçkiləri demokratik əsasda keçirilir və ölkə vətəndaşlarının seçib-seçilmək hüququ var. İranda söz, fikir və mətbuat azadlığı olduğu halda, hesabatda insanların hüquqlarının pozulduğu göstərilib. Onun sözlərinə görə, hesabatda insan hüquqlarının pozulmasına dair sübutlar yoxdur.


M.C.Laricani BMT-nin İnsan Hüquqları üzrə Komissarlığının əməkdaşlarını İrana dəvət edərək nəzərə çatdırıb ki, ölkəyə səfər etmədən, sadəcə olaraq Qərb mətbuatının yazdığı qeyri-dəqiq məlumatlar əsasında hazırlanmış hesabat qəbulolunmazdır. O qeyd edib ki, İran insan hüquqlarının qorunması məsələsində BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır.


Xatırladaq ki, İranın İnsan Hüquqları üzrə Ali Şurasının toplantısında BMT-yə etiraz məktubu ünvanlanıb. (AZƏRTAC)

Xəbər lenti