Xəzər Xəbər

Trampdan skandal təklif: "Qəbz yazaram..."

Dünya | 12:41 • 8 Noyabr 2019
Trampdan skandal təklif:

ABŞ Prezidenti Donald Tramn amerikalı diplomatlardan birinin həyat yoldaşının yol qəzası zamanı öldürdüyü ingilis gəncin ailəsinə fantastik rüşvət təklif edib.

Tramp amerikalı diplomatın həyat yoldaşı Ann Sakolasın yol hərəkəti qaydaları pozaraq Harri Dan adlı oğlanın ölümünə səbəb olduğu üçün gəncin ailəsini Ağ Evə dəvət edib.

Görüşdən sonra ailənin sözçüsü Rad Seiger deyib ki, Tramp söhbət zamanı əsl niyyətini ağzından qaçırıb: "Sürücü buradadır deyəndə elə zənn edirdi ki, biz onunla qucaqlaşıb öpüşəcəyik. Söylədi ki, maliyyə nazirimə qəbz yazdıracağam. Həmin an başa düşməmişdim, amma fikirləşdikcə bu sözlər şok təsiri bağışlayır”.

Ölən gəncin anası Şarlotta Çarles isə Trampın təklifi ilə əlaqədar "Harrini geri qaytarmayacaq, haqq-ədalət öz yerini tapmalıdır” cavab verib.

O, qəzadan sonra ABŞ-a qaçan diplomatın həyat yoldaşının qanun qarşısında cavab verməli olduğunu deyib.

Qeyd edək ki, qəza avqustun 27-də ABŞ-ın İngiltərədəki bazası yaxınlığında baş verib. Ann Sakolasın idarə etdiyi avtomobil yol hərəkəti qaydalarını pozaraq motosikletdəki 19 yaşlı Harri Dunla toqquşub. Nəticədə gənc hadisə yerində dünyasını dəyişib. O isə ABŞ-a qaçıb.

teleqraf

Xəbər lenti