Xəzər Xəbər

İŞİD Rusiyaya gəlir – Kəşfiyyatdan şok xəbərdarlıq

Dünya | 12:23 • 8 Noyabr 2019
İŞİD Rusiyaya gəlir

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində terror təhlükəsi ilə bağlı açıqlama yayıb.

Bu barədə xidmətin rəisi Aleksandr Bortnikov məlumat yayıb.

Bortnikovun sözlərinə görə, Yaxın Şərqdəki cihadçı militanların qohumları Rusiyaya qayıdaraq ölkə ərazilərində terror təhlükəsi yarada bilər.

O, 2000 Rusiya vətəndaşının Yaxın Şərqdəki terrorçularla qohum olduğunu bildirib:

"Bu insanlar müxtəlif dəhlizlər vasitəsilə Yaxın Şərqdə savaşın olduğu bölgələrdən Rusiyaya gələ bilər”./teleqraf

Xəbər lenti