Xəzər Xəbər

Bu ölkədə nazirlik plastik qablardan istifadəni qadağan etdi 1300 MANAT CƏRİMƏ

Dünya | 15:11 • 23 Oktyabr 2019
Bu ölkədə nazirlik plastik qablardan istifadəni qadağan etdi

Ruanda birdəfəlik istifadə edilən plastik məhsulları qadağan edib.

XəzərXəbər Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ruanda Ekologiya Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, birədəfəlik istifadə üçün nəzərdə tutulan plastic məhsulları satanlara və idxal edənlərə 3 ay vaxt verilib.

Qanun ən çox plastik stəkan, boşqab, şar və pipitka kimi qida ilə birbaşa təmasda olan qablara tətbiq ediləcək. Həmçinin, plastik şüşələrdə içki istehsal edən şirkətlər həmin şüşələri yenidən toplamalı və təkrar emala verməli olacaq.

Qanuu pozanlar 700 min Ruanda frankı (130 azn) cərimə ödəyəcək.

Ruanda 10 il əvvəl plastik torbadan istifadəni qadağan edərək Afrikada ətraf mühitin qorunmasında lider ölkələrdən birinə çevrilib.

Xəbər lenti