Xəzər Xəbər

Hindistandan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM

Dünya | 15:03 • 23 Oktyabr 2019
Hindistandan Türkiyə ilə bağlı

Hindistan Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsindən dolayı vətəndaşlarına xəbərdarlıq edib.

Hindistanın Ankaradakı səfirliyi bu ölkəyə səyahət etmək istəyən hind vətəndaşlarına son dərəcə təmkinli və həssas davranmağı tövsiyə edib.

"Hələ ki, Hindistan vətəndaşlarına qarşı bir olay yaşanmasa da, hərəkatdan dolayı hind vətəndaşlar əllərindən gəldiyi qədər təmkinli olmalıdır” ifadələrinin işləndiyi açıqlamanın niyə verildiyi ilə bağlı başqa bir bəyanat səslənməyib.

Səyahət xəbərdarlığının Hindistanın Baş naziri Narendra Modinin Ankara səfərini təxirə salmasından sonra gəlməsi bu addımın siyasi olduğunu düşündürür.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli və xarici mətbuatda Kəşmir məsələsini gündəmə gətirməsi və kəşmirli müsəlmanları müdafiə etməsi Modi və Hindistan hökuməti tərəfindən birmənalı qarşılanmayıb. Modi BMT sammitində Ermənistan, Yunanıstan və Cənubi Kipr Yunan Muxtariyyəti ilə görüşüb Türkiyəni Şərqi Aralıq Dənizi məsələsi üzərindən vurmağa çalışmışdı./publika.az

Xəbər lenti