Xəzər Xəbər

Britaniyanın Baş naziri Brexit təklifləri üzrə danışıqları davam etdirir

Dünya | 20:05 • 10 Oktyabr 2019
Britaniyanın Baş naziri Brexit təklifləri üzrə danışıqları davam etdirir

Böyük Britaniyanın Baş naziri Boris Conson Brexit təkliflərini müzakirə etmək üçün irlandiyalı həmkarı Leo Varadkarla görüşüb.


Xezerxeber.az xəbər verir ki, görüşdə sazişin təmin edilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. Həmçinin İrlandiya ilə açıq sərhəd mövzusu diqqət mərkəzində olub.


Boris Conson yeni müqavilə ilə bağlı nikbinliyini bildirərək deyib ki, bu ayın sonunda İngiltərə Avropa İttifaqını istər müqavilə yolu ilə, istərsə də müqaviləsiz tərk edəcək.


Qeyd edək ki, Böyük Britaniya Parlamentində qəbul edilən Benn Aktına əsasən Baş nazirlə hər hansı bir razılaşma əldə olunmasa, Brexitin təxirə salınması üçün Avropa İttifaqına müraciət edilməlidir.

Xəbər lenti