"Türkiyənin əməliyyatlara başlamasından sonra Suriyada həbsxanada saxlanılan 40 İŞİD komandanı bölgədən çıxarılıb”.
Bu barədə "Vaşinqton Post” qəzeti məlumat yayıb.
Qəzet həbsxanadan çıxarılan İŞİD-çilərin ABŞ-ın bölgədəki hərbi qüvvələrinin xüsusi nəzarətinə verildiyini bildirib. Nəzarətdə saxlanılan terrorçular arasında amerikalı və avropalı İŞİD-çilərdən cavabdehlik daşıyan "Bitls” adlandırılan iki militanın da olduğu vurğulanıb.
Alexanda Koti və Əl-Şəfi Əlşeyx adlı İŞİD militanlarının da İraqa aparıldığı deyilib.
Terrorçuların hansı məqsədlə həbsxanadan çıxarıldığı məlum olmasa da, ABŞ-ın bu addımı Suriyada hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı bir həmlə olduğu ehtimal edilir. Bu, İŞİD-in yenidən qurulması iddiasının yayılmasına yol açıb./teleqraf