Xəzər Xəbər

Almaniyada silahlı insidentdən sonra polis bir nəfəri saxlayıb

Dünya | 16:34 • 9 Oktyabr 2019
Almaniyada silahlı insidentdən sonra polis bir nəfəri saxlayıb

Almaniyanın Halle şəhərində naməlum şəxslərin insanları atəşə tutması nəticəsində iki nəfər həlak olub.


Xezerxeber.az "Bild” nəşrinə istinadən xəbər verir ki, şəhər polisinin məlumatına əsasən, hücumu ən azı iki nəfər həyata keçirib, onlardan biri saxlanılıb.


Hazırda hadisənin baş verdiyi əraziyə çox sayda polis qüvvəsi cəlb olunub. Əhaliyə evdən çıxmamaq tövsiyə edilib.


İnsidentin sinaqoq yaxınlığında baş verdiyi, həmçinin yəhudi qəbiristanlığının ərazisinə qumbara atıldığı bildirilir. Hadisə yəhudi dininin əsas bayramlarından biri "Yom Kipur” günündə qeydə alınıb.


Hücum barədə məlumatlardan sonra "Deutsche Bahn” konserni Halle şəhərinin mərkəzi vağzalını bağlayıb və şəhərə gələn qatarlar Leypsiq vağzalına göndərilib.


Qalle şəhərinin polis idarəsinin "Twitter” səhifəsində isə bildirilib ki, insidentdən sonra bir nəfər saxlanılıbə


Xəbər lenti