Ukraynada ilkin olaraq 3 magistral yolun bütün nəqliyyat vasitələri üçün ödənişli olması planlaşdırılır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli deyib.
Onun sözlərinə görə, Lvov-Krakovets, Kiyev dairəvi yolu və Bila Çerkva-Kiyev yolu ödənişli olacaq. Hər kilometrə görə qiymətin 2-3 qrivna olması nəzərdə tutulur. Bu tətbiqə 2020-ci ildən başlanılacağı gözlənilir.
Qeyd edək ki, nazir daha öncə Ukraynanın bütün yollarının əcnəbi sürücülər üçün ödənişli olacağını da açıqlamışdı.