Xəzər Xəbər

“Haqlıdırlar...” – Ruhanidən Türkiyəyə gözlənilməz dəstək

Dünya | 14:19 • 9 Oktyabr 2019
“Haqlıdırlar...”

Türkiyə cənub sərhədləri ilə bağlı narahatlığında haqlıdır.

Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran tərəfi bir gün əvvəl Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsini qəbul etməyəcəklərini ifadə etmişdi. İranın xarici işlər naziri Cavad Zərif bəyan etmişdi ki, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına dair narahatlıqlarını rəsmi Ankaranın diqqətinə çatdırıblar.

Bu arada bəlli olub ki, İran ordusu ölkənin şimal-qərbindəki Urmiya ətrafında hərbi təlimlərə başlayıb. İran ordusu bəyan edib ki, Türkiyə-İraq sərhədlərində "Bir hədəf, bir güllə” adlı təlimlərə başlayıb./teleqraf


Xəbər lenti