Xəzər Xəbər

Türk ordusu Suriyaya girdi

Dünya | 14:01 • 9 Oktyabr 2019
Türk ordusu Suriyaya girdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında hərbi əməliyyatlara start verib.

Bu barədə "Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.

TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı./publika.az

Xəbər lenti