Xəzər Xəbər

Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı Parlamnet istefasını tələb edir

Dünya | 13:52 • 9 Oktyabr 2019
Baş prokurorun diplomu saxta çıxdı, ara qarışdı

Gürcüstan parlamenti baş prokuror Şalva Tadumadzenin istefasını tələb edir.

Onun ali təhsil almasını təsdiq edən sənədi saxta çıxıb.

Belə ki, Ş.Tadumadzenin diplomunda Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunduğu yazılıb. Halbuki İnstitut 1994-cü ildə təsis edilib.

Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.

Qeyd edək ki, Ş.Tadumadze bu vəzifəyə 2018-ci ildə gəlib./publika.az

Xəbər lenti