Xəzər Xəbər

Beş nəvə kral ailəsinin üzvlüyündən xaric edildi

Dünya | 10:36 • 9 Oktyabr 2019
Beş nəvə kral ailəsinin üzvlüyündən xaric edildi

İsveç Kralı daxili yerdəyişmə nəticəsində beş nəvəsini kral evinin üzvləri sırasından xaric edib.

Şahzadə Aleksandr, şahzadə Qabriyel, şahzadə Leonor, şahzadə Nikolas və şahzadə Adriyenna daha əlahəzrət sayılmayacaqlar və rəsmi vəzifələr icra etməyəcəklər.

Bununla belə, onlar hersoq və hersoginya titullarını saxlayacaqlar. Kral XVI Karl Qustavın adından açıqlanmış qısa bəyanatda deyilir ki, dəyişikliklər barədə qərar kral ailəsinin hansı üzvlərinin rəsmi vəzifələr icra edəcəklərini dəqiq göstərmək üçün razılaşdırılıb. Qeyd edək ki, şahzadə Estel və şahzadə Oskar vəliəhd şahzadə Viktoriyanın və şahzadə Daniilin övladları olduqları üçün öz kral titullarını saxlayıblar./publika.az

Xəbər lenti