Xəzər Xəbər

HDP millət vəkili ilə bağlı axtarış başlanıb

Dünya | 10:29 • 15 Sentyabr 2019
HDP millət vəkili ilə bağlı axtarış başlanıb

Xalqların Demokratik Partiyasının (HDP) Hakkaridən olan millət vəkili Leyla Güvənlə bağlı Diyarbəkir Prokurorluğunda əməliyyat-axtarış tədbirlərinə başlanıb.


APA-nın yerli bürosunun məlumatına görə, millət vəkili terror təşkilatlarını təbliğ etməkdə şübhəli bilinir.


Qeyd edək ki, Leyla Güvən övladları dağa qaçırılan anaların HDP önündə aksiya keçirmələri və HDP-li bələdiyyə sədrlərinin vəzifədən çıxarılmaları ilə bağlı mövqe

bildirərkən "Kürd problemi həllini tapmayınca, partizan hərəkatı, müharibə və qarşıdurmalar davam edəcək” deyib. Onun bu fikirləri Türkiyənin bəzi siyasi partiyalarında sərt reaksiyaya səbəb olub. İki Partiya Leyla Güvənin millət vəkili olaraq toxunulmazlığının ləğv edilməsini tələb edib.

Xəbər lenti