Xəzər Xəbər

Britaniya ən təhlükəli rus silahlarını açıqladı

Dünya | 12:38 • 12 Sentyabr 2019
Britaniya ən təhlükəli rus silahlarını açıqladı

Rusiya silahlarının ən təhlükəli formaları "Almaz-Antey” konserninin məhsullarıdır: S-400 zenit raket kompleksi, "Bastion-P” sahil raket kompleksi və "İsgəndər” əməliyyat-taktiki kompleksi.

Bu sözləri Böyük Britaniya Hərbi Hava Qüvvələri Qərargahı komandanının döyüş hazırlığı və potensialı üzrə müavini Culian Boll deyib.

Bollun sözlərinə görə, sözügedən sistemlərin yaratdığı təhdid Böyük Britaniyadan müvafiq cavab tədbirləri tələb edir. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün süni intellekt, yeni tip silahlar və təchizatdan istifadə edilməsinə başlanılıb.

"Rusiyanın yaratdığı silahlar Böyük Britaniyanın dəyişən vəziyyətə operativ şəkildə reaksiya verməsini şübhə altında qoyur”, - Boll bildirib./axar.az

Xəbər lenti