Xəzər Xəbər

Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb

Dünya | 21:30 • 11 Sentyabr 2019
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb

Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb.


Xezerxeber.az xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Ermənistanın Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazanın 23 yaşlı hərbçisinin meyiti yaşayış binalarının birindəki mənzildə tapılıb. Hərbçinin bədənində kəsiklər aşkar edilib. Onun qətlə yetirildiyi ehtimal olunur.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti