Xəzər Xəbər

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

Dünya | 15:50 • 11 Sentyabr 2019
ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb

Göyərtəsində ehtiyat avtomobil hissələri olan yük təyyarəsi Ohayo ştatının Tolido şəhər aeroportunun yaxınlığında qəzaya uğrayıb.


Xezerxeber.az xəbər verir ki, yerli WTVG telekanalının yaydığı məlumata görə, hadisə bu gün səhərə yaxın, saat 3:00 radələrində (Bakı vaxtı ilə 11:00) baş verib. Təyyarədə iki nəfər olub, onların taleyi hələlik məlum deyil.


Yerə çırpılan təyyarə tamamilə yanıb.


Aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, onlar qəza anına qədər təyyarənin ekipajından fəlakət siqnalı almayıblar.

Xəbər lenti

Çox oxunanlar