Xəzər Xəbər

Ukraynada silah anbarında partlayışlar baş verib

Dünya | 15:43 • 11 Sentyabr 2019
Ukraynada silah anbarında partlayışlar baş verib

Ukrayna Müdafiə Nazirliyinin Vinnitska vilayətinin Kalinovka şəhərində yerləşən silah anbarında partlayışlar baş verib.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, partlayış bu gün saat 11:30 radələrində qeydə alınıb. Partlamamış hərbi sursatların təkrar emal üçün saxlanıldığı ərazinin yaxınlığında tüstülənmə qeydə alınıb və bundan sonra ard-arda altı dəfə partlayış baş verib.


İlkin məlumata görə, 2 hektar ərazidə quru otun yanması səbəbindən partlayışların baş verdiyi bildirilir.


Partlayışlar nəticəsində xəsarət alan olmayıb. Hərbçilərin və yerli əhalinin həyatına hər hansı təhlükə yoxdur.


Qeyd edək ki, 2017-ci ilin sentyabrında Kalinovkada 83 min ton döyüş sursatının, o cümlədən "Smerç”, "Uraqan” və "Qrad” raketlərinin saxlanıldığı anbarda yanğın baş verib.

Xəbər lenti