Xəzər Xəbər

Qadın ona xəyanət edən sevgilisindən qisas almaq üçün iki övladını suda boğdu

Dünya | 12:37 • 11 Sentyabr 2019
Qadın ona xəyanət edən sevgilisindən

Rusiyanın Kamçatka vilayətində iki azyaşlı uşağın qətli ilə bağlı cinayət işi başlanılıb.

Faciə sentyabrın 9-da, səhər saatlarında baş verib.

27 yaşlı qadın beşyaşlı oğlunu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Ətrafdan keçən insanlar uşaq qışqırıqlarını eşidərək, polisə və xilasedicilərə məlumat veriblər.

Hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerinə gəldikdən sonra qadına qayıq vasitəsilə çata biliblər. Beş yaşlı uşağın meyiti sudan çıxarılıb, yaş yarımlıq qız isə reanimasiyada ölüb. Qadını isə həyata qaytarmaq mümkün olub. Hazırda onun saxlanılması ilə bağlı məsələ müzakirə edilir.

Kamçatka vilayətinin hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qadın onunla münasibətdə olan kişinin xəyanətindən xəbər tutduqdan sonra uşaqlarını boğmaq qərarına gəlib.

Yekaterina adlı qadın uşaqlarının atasınınailəli olduğunu və başqa qadınlarla da görüşdüyünü öyrənib. Qonşuların dediyinə görə, bunu eşidən qadın ağlını itirib.

Xəbər lenti