Xəzər Xəbər

Pompeo: Tramp Ruhani ilə qeyd-şərtsiz görüşməyə hazırdır

Dünya | 10:24 • 11 Sentyabr 2019
Pompeo: Tramp Ruhani ilə qeyd-şərtsiz görüşməyə hazırdır

ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə heç bir şərt olmadan görüşməyə hazırdır.

"Anadolu” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp sentyabrda BMT Baş Assambleyasında iranlı həmkarı ilə görüşə biləcəyini söyləmişdi.

"Bilmirəm. Hər şey mümkündür. Problemlərini həll etmək istəyirlər. Maddi cəhətdən mənfi istiqamətdə gedirlər. Bu problemləri 24 saat ərzində həll edə bilərik”, - Tramp jurnalistlərin sualına cavabında bildirmişdi.

Xəbər lenti