Xəzər Xəbər

Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

Dünya | 21:35 • 10 Sentyabr 2019
Baham adalarında “Dorian” qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

Baham adalarında "Dorian” qasırğası nəticəsində həlak olanların sayı artaraq 50 nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, ABC telekanalının ölkə polisinə istinadla yaydığı məlumata görə, 42 nəfər təbii fəlakətin dağıdıcı təsirinə məruz qalan Abako adasında, daha 8 nəfər isə Böyük Baham adasında həyatını itirib. Həmçinin çox sayda insanın itkin düşmüş hesab olunduğu, qasırğadan sonra onlardan xəbər alınmadığı bildirilir. İtkin düşənlərin qohumlarından bu barədə polisə məlumat vermələri xahiş olunur.


Ən yüksək beşinci səviyyəyə qədər yüksələn "Dorian” qasırğası sentyabrın 1-də Baham adalarında ciddi dağıntılar törədib. Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, Abako adasında 13 mindən çox ev dağılıb və ya zədələnib.


ABŞ-ın RMS kompaniyasının məlumatına əsasən, "Dorian” qasırğası Karib hövzəsi regionuna 3,5 milyard dollardan 6,5 milyard dollaradək ziyan vurub.

Xəbər lenti