Xəzər Xəbər

Rusiya ukraynalı diplomatı arzuolunmaz şəxs elan edib

Dünya | 11:26 • 14 Avqust 2019
Rusiya ukraynalı diplomatı arzuolunmaz şəxs elan edib

Rusiya Ukraynanın Sankt Peterburqdakı Baş Konsulluğunun əməkdaşını arzuolunmaz şəxs elan edib.


APA-nın "Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Rusiya XİN-nin məlumatına görə, bu addım rusiyalı diplomatın rəsmi Kiyev tərəfindən arzuolunmaz şəxs elan edilməsinə cavab olaraq atılıb.


Qeyd edək ki, avqustun 13-də Ukraynanın Təhlükəsizlik Xidməti Lvov şəhərində yerli sakinin kəşfiyyat məlumatlarını toplayaraq Rusiyanın Lvovdakı Baş Konsulluğunda çalışan rusiyalı diplomata ötürdüyünü aşkar edib.


Rusiyalı diplomatın artıq Ukrayna ərazisini tərk etdiyi bildirilir.

Xəbər lenti