Xəzər Xəbər

Tuvada avtomobilin çaya aşması nəticəsində 10 nəfər həlak olub

Dünya | 12:05 • 12 İyul 2019
Tuvada avtomobilin çaya aşması nəticəsində 10 nəfər həlak olub

Rusiyanın Tuva respublikasında UAZ markalı avtomobilin çaya aşması nəticəsində 10 nəfər, o cümlədən yetkinlik yaşına çatmayan 6 uşaq həlak olub.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 08:55-də Bay-Tayqa rayonunda qeydə alınıb. Şuy çayını dayaz yerindən keçməyə çalışan avtomobil aşıb. Hadisə yerində suda boğulma əlamətləri olan 10 nəfərin cəsədi tapılıb.


Hazırda polis qəza zamanı nəqliyyat vasitəsində olan insanların sayını dəqiqləşdirir.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, UAZ markalı avtomobil Teeli kəndindən yola çıxmışdı.

Xəbər lenti