ABŞ prezidenti Donald Tramp öz administrasiyası tərəfindən ölkədə yaşayan bütün sakinlərin vətəndaşlığının öyrənilməsi üçün bu gün qərar imzalayacaq.
Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bütün nazirliklərdən və federal rəhbərlik idarələrindən bütün sakinlərin vətəndaşlıq məlumatlarını əldə etməyi planlaşdırır.
"Onlar səlahiyyətlərində olan bütün yazıları dərhal verməlidirlər”, - deyə ABŞ lideri bildirib.
Tramp ölkədə nə qədər amerikalının qaldığını öyrənmək üçün "hər daşın altına baxacağına” dair vəd verib.