Xəzər Xəbər

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Dünya | 09:19 • 12 İyul 2019
Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı olub.


Xezerxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu, Zelenskinin prezident seçilməsindən sonra iki dövlət başçısının ilk əlaqəsidir. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, prezidentlər Donbassda vəziyyəti və əsirlərin mübadiləsi məsələsini müzakirə ediblər. Danışığın gedişində tərəflər bu işi ekspertlər səviyyəsində davam etdirmək barədə razılığa gəliblər. Bundan başqa, əlaqələrin Normand formatında davam etdirilməsi imkanları da müzakirə olunub.


Xatırladaq ki, iyulun 8-də Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Minskdə görüşməyi təklif edib. "Danışmaq lazımdır? Lazımdır. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olmadığını müzakirə edək”, - deyə Zelenski mövzunu dəqiqləşdirib. O, həmçinin sammitdə Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkelin də iştirak etməli olduğunu deyib.


Bu təşəbbüsü şərh edən Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini bildirib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Xəbər lenti