Xəzər Xəbər

Meksikada 2 polisi öldürülüb, dördü yaralanıb

Dünya | 09:08 • 12 İyul 2019
Meksikada 2 polisi öldürülüb, dördü yaralanıb

Meksikanın Duranqo ştatında mütəşəkkil cinayətkar qrupun hücumu nəticəsində iki polis əməkdaşı öldürülüb, daha dörd nəfəri yaralanıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Xose Rosas Aispuronun açıqlamasında bildirib.


O deyib ki, iki nəfəri yaralansa da təəssüf ki, sonradan ölüb. Onun sözlərinə görə, silahlı hücum Meskital bələdiyyəsinə gedən yolda törədilib. Həmin vaxt 11 polis işçisi iki avtomaşında gündəlik patrul xidməti aparırmış.


Cinayətkarların saxlanılması istiqamətində ciddi iş aparılır.


Yerli bəzi KİV-lər xəbər verir ki, ölən polislərin sayı 7 nəfərə çatıb. Ancaq bu barədə hələlik rəsmi bir açıqlama verilməyib.

Xəbər lenti

Çox oxunanlar