Rusiyanın Krasnodar şəhərində sərnişin avtobusu yük maşınına çırpılıb.
TASS-ın məlumata görə, toqquşma nəticəsində 12 nəfər xəsarət alıb. Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.