Xəzər Xəbər

Yunanıstan dövlət KİV rəhbərləri vəzifələrindən istefa veriblər

Dünya | 17:19 • 11 İyul 2019
Yunanıstan dövlət KİV rəhbərləri vəzifələrindən istefa veriblər

Yunanıstanın dövlət televiziya şirkəti ERT-nin rəhbəri Yannis Drosos və milli xəbər agentliyi ANA-MPA-nın prezidenti Mixalis Psilos vəzifələrindən istefa ərizələrini yeni hökumətin mətbuat katibi Stelios Petsasa təqdim ediblər. S.Petsas KİV rəhbərlərini onların yerinə təyinat olanadək vəzifələrində qalmağı xahiş edib.


Qeyd edək ki, "Yeni Demokratiya” parlament seçkilərində qələbə qazanaraq hökuməti təşkil etdikdən sonra bir sıra dövlət müəssisələrinin rəhbərləri vəzifələrindən istefa verib, bəziləri isə buna hazırlaşır. (AZƏRTAC)

Xəbər lenti