Xəzər Xəbər

Yunanıstanda şiddətli fırtına 6 turistin ölümünə səbəb olub

Dünya | 15:42 • 11 İyul 2019
Yunanıstanda şiddətli fırtına 6 turistin ölümünə səbəb olub

Yunanıstanın şimal bölgəsində baş vermiş şiddətli fırtına nəticəsində ən azı 6 turistin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir.


AZƏRTAC xəbər verir ki, dağıdıcı külək, leysan və fırtına Saloniki şəhərinin yaxınlığındakı Halkidiki kurort qəsəbəsində ciddi dağıntılara səbəb olub. Həlak olan turistlərin arasında iki Çexiya, iki Rumıniya və iki Rusiya vətəndaşları var. Ərazidə fövqəladə vəziyyət elan edilib və bölgəyə axtarış-xilasetmə dəstələri cəlb olunub.


Yunanıstanın şimal regionunun mülki müdafiə üzrə rəhbəri Çaralambos Steriadis təbii fəlakəti indiyədək bənzəri olmayan hadisə adlandırıb. Fırtına son iki gündə ölkədə 37 dərəcəyə çatmış qızmar istilərin ardından baş verib. Sosial mediada yayılan foto və video materiallarda ağacların, avtomobillərin aşması, binalara ciddi zərər dəyməsi əks olunub. İngilis turist Emili Kiştoo BBC telekanalına bildirib ki, fırtına zamanı qəsəbədə xaos yaranıb, insanlar qışqıraraq qaçır, sahildən uzaqda sığınacaq axtarırlar.

Xəbər lenti