Xəzər Xəbər

Rusiya şirkəti Bakı-Sankt-Peterburq-Bakı aviareyslərinə başlayır

Dünya | 14:12 • 11 İyul 2019
Rusiya şirkəti Bakı-Sankt-Peterburq-Bakı aviareyslərinə başlayır

Rusiyanın "Smartavia” aviaşirkəti (aviaşirkətin ticarət markası "Nordavia”) iyulun 25-dən Bakı-Sankt-Peterburq-Bakı birbaşa reyslərinə başlayır.


Xezerxeber.az aviaşirkətə istinadən xəbər verir ki, bir istiqamət üzrə aviabiletlərin qiyməti 8830 rubldan (təxminən 235-237 manat) başlayır. Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri "Boeing 737-700” təyyarələri ilə yerinə yetiriləcək.

Xəbər lenti