Xəzər Xəbər

Miqrantları xilas edən İtaliya gəmisi müsadirə edilib

Dünya | 13:24 • 11 İyul 2019
Miqrantları xilas edən İtaliya gəmisi müsadirə edilib

İtaliyanın miqrantları xilasetmə üzrə qeyri-hökumət təşkilatına məxsus "Aleks” gəmisi müsadirə edilib.


"Aleks” dənizdə 41 miqrantı xilas etdikdən Lampeduza adasına yan almaq üçün zorla limana daxil olub.


İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sığınacaq axtaran şəxslərə gəmini tərk etməyə icazə verildiyi halda, gəminin kapitanı və ekipajı "qeyri-leqal miqrasiya”ya yardım iddiası ilə istintaqa cəlb edilib.

Xəbər lenti