Xəzər Xəbər

Əgər ABŞ bunu edərsə, biz də... Ərdoğan HƏR ŞEYİ AÇDI

Dünya | 14:21 • 27 İyun 2019
Əgər ABŞ bunu edərsə, biz də...

"Cənab Tramp Türkiyənin narahatlıqlarını, niyə S-400-ə ehtiyac duyduğumuzu və bu nöqtəyə necə gəlib çıxdığımızı yaxşı bilir”.

Bunu Yaponiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin Rusiyadan hava hücumundan müdafiə kompleksi almasına görə ABŞ-ın sanksiyalarına məruz qalması ilə bağlı sualları cavablandıran prezident bildirib ki, məsələ ilə bağlı Türkiyə-ABŞ diplomatik müzakirələri davam edir: "S-400 sisteminin tədarükü ölkəmizin təcili təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün atılmış addımdır. Növbəti ay sistemləri təhvil alacağıq. Məsələ ilə bağlı ABŞ-la görüşlər davam edir. Trampla G20-də mövzunu detallı müzakirə edəcəyimizi ümid edirəm. İndiyə qədər bizə qarşı doğan təşvişləri aradan qaldırmaq üçün ortaq işçi qrupu qurmaq daxil olmaqla, fərqli təkliflər təqdim etdik. Prosesi cığırından çıxarmaq və təhdid dilindən istifadə etmək heç kimə fayda gətirməyəcək. S-400 məsələsini ittifaqımız və strateji əməkdaşlıq cizgiləri daxilində həll edəcəyimizə inanıram”.

Ərdoğan bildirib ki, Türkiyənin S-400-lərə sahib olacağı təqdirdə F-35 proqramından çıxarılması hüquqi müstəvidə həll olunacaq: "F-35 layihəsi üçün 1,25 milyard dollar ödədik. Əgər Türkiyə proqramdan çıxarılsa, məsələni beynəlxalq arbitraj məhkəməsinə daşıyacağıq. İndiyə qədər etdiyimiz ödənişləri geri istəyəcəyik. Türkiyə F-35-in bazarı deyil, ortağıdır”.

Türkiyə prezidenti, həmçinin, CAATSA sanskiyalarının Türkiyəyə tətbiq olunmayacağına da aydınlıq gətirib: "Bu sanksiyalar Türkiyəyə tətbiq oluna bilməz. Çünki S-400 razılaşması CAATSA qüvvəyə minməzdən öncə əldə olunub”./publika.az

Xəbər lenti