Xəzər Xəbər

Gürcü deputatlar qərar verdilər: yeni sədr seçildi

Dünya | 16:08 • 25 İyun 2019
Gürcü deputatlar qərar verdilər:

Onun namizədliyinin lehinə 150 deputatdan 94-ü səs verib

Gürcüstan parlamentinə yeni sədr seçilib. Sputnik Gürcüstan xəbər verir ki, İrakli Kabaxidzenin istefası qəbul edilib.Arçil Talakvadze parlamentin yeni sədri olub.

Talakvadzenin namizədliyini hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyası irəli sürmüşdü. Onun namizədliyinin lehinə 150 deputatdan 94-ü səs verib.

Xatırladaq ki, iyunun 21-i Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verməyinə dair məlumat yayılıb.

Müvafiq qərar hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının siyasi şurasının iclası zamanı verilib. İclasda Azərbaycana səfərini yarımçıq qoyan Kobaxidzenin özü də də iştirak etmişdi.

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq spiker İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

Xəbər lenti