Xəzər Xəbər

Hindistanda ENSEFALİT epidemiyası - 130-a yaxın uşaq ölüb

Dünya | 17:33 • 19 İyun 2019
Hindistanda ENSEFALİT epidemiyası - 130-a yaxın uşaq ölüb

Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin ensefalit sindromu nəticəsində 130-a yaxın uşaq həyatını itirib.

Trend-in məlumatına görə, bundan başqa, 450 uşaq xəstəxanalarda müalicə olunur.

Onlardan bəzilərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Həkimlər kəskin ensefalitin yayılmasının səbəbi kimi kəskin istiləri və yüksək rütubəti göstərir.

Bir müddət əvvəl uşaqların liçi meyvəsindən zəhərlənərək ensefalitə yoluxduğu bildirilirdi.

Xəbər lenti