Xəzər Xəbər

Kolumbiya lideri Maduronun əsas qorxusundan danışdı

Dünya | 10:08 • 19 İyun 2019
Kolumbiya lideri Maduronun əsas qorxusundan danışdı

Venesuela prezidenti Nikolas Maduro özünü daha təhlükəsizlikdə hiss etmir.

"The Times” nəşri xəbər ki, bu haqda Kolumbiya lideri İvan Duk bildirib.

Dukun sözlərinə görə, Maduro silahlı qüvvələr ona qarşı çıxmadan əvvəl ölkədə böhrandan çıxış yolunu tapmağa çalışır. Dövlət başçısı qeyd edib ki, Venesuela prezidentinin ailəsi və yaxın ətrafı dünyada onlar üçün təhlükəsiz yer tapılacağına şühbə edirlər.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də kütləvi etirazlardan sonra parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə pisləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Rusiya, İran, Türkiyə və bir sıra başqa dövlətlər Maduroya dəstəyini elan ediblər./publika.az

Xəbər lenti