Xəzər Xəbər

KİV: Britaniya və Rusiya barışmaq istəyir

Dünya | 09:43 • 17 İyun 2019
KİV: Britaniya və Rusiya barışmaq istəyir

Böyük Britaniya və Rusiya diplomatik münasibətlərin düzəldilməsi üçün imkanları öyrənir.

Publika.azxəbər verir ki, bu haqda "The Guardian” nəşri bildirib.

Moskva və London iyunun sonunda Yaponiyada keçiriləcək G20 ("Böyük iyirmilik”) sammitində Rusiya prezidenti Vladimir Putin və Britaniyanın baş naziri Tereza Meyin görüşünü istisna etmirlər. Nəşr qeyd edir ki, görüş yalnız o halda mümkün olacaq ki, hər iki tərəf danışıqların məhsuldarlığında əmin olacaq və bəyanat haqqında razılaşa biləcəklər.

Əgər görüş olacaqsa, bu, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberidə zəhərlənməsindən sonra ilk görüş olacaq. Britaniya hadisəyə görə məsuliyyəti əvvəlki kimi Rusiyanın üzərinə qoyur, ancaq müəyyən şərtlərdə münasibətləri qismən bərpa etməyə hazırdır.

Londonda Moskva öz günahını etiraf edəcəyini gözləmirlər. Ölkə ümid edir ki, Kreml analoji hadisələrin bundan sonra təkrarlanmayacağına zəmanət verəcək.

Britaniya diplomatlarının göndərilməsindən sonra London Rusiya daxilində vəziyyəti təhlil etmək imkanını itirib. Həmçinin iki ölkənin xüsusi xidmət orqanları potensial təhlükəli hadisələrin qarşısını almaq üçün qarşılıqlı münasibətləri davam etdirməlidir. Bütün bunlar Britaniyanı uzunmüddətli münaqişədən sonra münasibətlərin bərpasına itələyir.

Xəbər lenti