Xəzər Xəbər

İtaliyada sərt qərar - Miqrantları xilas edənlər...

Dünya | 16:35 • 16 İyun 2019
İtaliyada sərt qərar - Miqrantları xilas edənlər...

İtaliya hökuməti miqrantlarla bağlı yeni qərar verib.

"The Guardian” yazır ki, qərara əsasən miqrantların ölkəyə gətirilməsi üçün qayıq yollayan qeyri-hökumət təşkilatları 50 min avro məbləğində cərimələnəcəklər.

İtaliya Prezidenti Sercio Mattarella daxili işlər naziri Matteo Salvini tərəfindən irəli sürülən sərəncamı artıq imzalayıb.

Sərəncama artıq "dənizdə insan həyatını xilas edən qeyri-hökumət təşkilatlarına müharibə elanı” adı verilib.

Qeyd edək ki, İtaliya hökuməti xilasedicilərin gəmilərinin sahilə yan almasına dəfələrlə qadağa qoyub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, 2019-cu ildə İtaliyaya Şimali Afrikadan 1940 nəfər gəlib, 350 nəfər isə yolda ölüb. Beləliklə, miqrantların bu yolla gəlməsi nəticəsində ölüm halları 15 faizdən çoxtəşkil edir.

Xəbər lenti