Xəzər Xəbər

Çavuşoğlu: “Heç kim Türkiyəyə ultimatum verə bilməz”

Dünya | 15:16 • 13 İyun 2019
Çavuşoğlu: “Heç kim Türkiyəyə ultimatum verə bilməz”

''ABŞ-ın Türkiyəyə göndərdiyi məktubun üslubunu qəbul etmirik. Heç kim Türkiyəyə ultimatum verə bilməz”.


APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.


O vurğulayıb ki, Türkiyə Rusiyadan "S-400” raket sistemini alıb.

"Dövlət başçımız bildirdi, "S-400”lər Türkiyəyə gələcək. Türkiyə belə məktublarla qərarlarından vaz keçməz. Qısa müddətdə müdafiə nazirimiz cavab məktubu yolllayacaq”, - deyə o əlavə edib.


Qeyd edək ki, ABŞ tərəfinin göndərdiyi məktubda Rusiyadan "S-400” Zenit raket komleksini alacağı təqdirdə Türkiyənin "F-35” layihəsindən kənarlaşdırılacağı, iqtisadi cəhətdən itkilər verəcəyi vurğulanıb.

Xəbər lenti