Xəzər Xəbər

Əfqanıstanda səhvən endirilən aviazərbə nəticəsində beş hərbçi həlak olub

Dünya | 13:57 • 12 İyun 2019
Əfqanıstanda səhvən endirilən aviazərbə nəticəsində beş hərbçi həlak olub

Əfqanıstanın şimal-şərqindəki Qunduz əyalətində hərbi bazaya səhvən endirilən aviasiya zərbəsi nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı beş əməkdaşı həlak olub, yeddi nəfər isə yaralanıb.


Xezerxeber.az xəbər verir ki, İmam-Sahib qəzasında yerləşən hərbi bazaya hava zərbəsi yerli vaxtla saat 02:00-da endirilib. Bu, hökumət qüvvələrinin və onların müttəfiqlərinin əfqan hərbçiləri və dinc sakinlərin ölümü ilə nəticələnən ilk səhv zərbəsi deyil.


Əfqanıstan hakimiyyətinin rəsmi nümayəndəsi hərbi bazaya hücum edən təyyarələrin hökumət qüvvələrinə, yaxud ABŞ-ın başçılıq etdiyi koalisiyaya aid olması sualına cavab verməkdən imtina edib.

Xəbər lenti